“Mən onu təqlid etmirəm, etməyəcəm də” – Lempard

İngiltərə Premyer Liqasının cari turunda “Liverpul”la qarşılaşacaq “Çelsi”nin baş məşqçisi Frenk Lempard Joze Mourinyo ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “zadəganlar”ın keçmiş çalışdırıcısı haqqında danışan 41 yaşlı mütəxəssis, bunları deyib:

“Birlikdə çalışdığım bütün mütəxəssislərdən yeni nələrsə öyrəndim. Bəlkə də, mənə ən çox Mourinyo təsir etdi. Amma mən onu təqlid etmirəm, etməyəcəm də. Bu işdə özüm olmaq istəyirəm. Mourinyo mənə çox güvəndi və hər zaman bunu hiss etdirdi. Mən də futbolçularımla bu şəkildə çalışıram, onları daha yaxşı olmağa məcbur edirəm. Onların özlərini rahat hiss etmələrinə, inkişaflarına kömək etməyə çalışıram”.

“Çelsi” – “Liverpul” qarşılaşması sabah, saat 19:30-da start götürəcək.

Premyer Liqada keçirdiyi 5 turdan sonra 8 xal toplayan London təmsilçisi turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.