“Bu mövsüm burada qalıram” – Adı “Barselona” ilə hallanan futbolçu

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva “Barselona”ya keçə biləcəyi ilə bağlı yayılan xəbərləri şərh edib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu İngiltərə klubunda qalmaq istədiyini deyib:

“Mənim mədəniyyətim sizin meydandan kənar mədəniyyətinizdən bir az fərqlidir. Mən “Mançester Siti”ni sevirəm, buradakı insanlar çox gözəldir. Küçədə, barlarda, restoranlarda mənə münasibət gəldiyim yerdəki münasibətdən bir az fərqlidir. Bu mövsüm burada qalıram. Daha iki və ya üç mövsüm qalmalı olsam, həmişə bu klub üçün əlimdən gələni edəcəm”.

Silva bu mövsüm “Mançester Siti”nin heyətində 4 matçda 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button