Ançelotti: “Lunin finala hazır olacaq”

“Real”ın baş məşqçisi Karlo Ançelotti komandanın qapıçısı Andrey Luninin Çempionlar Liqasının finalında iştirak edə biləcəyini deyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ukraynalı futbolçunun əla mövsüm keçirdiyini söyləyib:

“Lunin əla mövsüm keçirir. O, xəstələndi, lakin finala hazır olacaq”.

Lunin cari mövsümdə “Real”ın heyətində bütün yarışlarda 31 oyun keçirib, 32 qol buraxıb və 12 matçda qapısını toxunulmaz saxlayıb.

Madrid klubu Çempionlar Liqasının finalında Dortmund “Borussiya”sı ilə qarşılaşacaq. Həlledici qarşılaşma iyunun 1-də Londondakı “Uembli” stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button