Lopeteqi: “Meydana ən yaxşı futbolçuları buraxacağıq”

“Sevilya”nın baş məşqçisi Xulen Lopeteqinin Avropa Liqasının qrup mərhələsinin “Qarabağ” ilə ilk oyunundan əvvəl mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisinin çalışdırıcısı sabahkı oyunla bağlı bunları deyib:

  • Bundan əvvəl “Atletiko” və “Atletik” də Bakıya gəlib, ancaq qələbə qazana bilməmişdi. Bundan xəbəriniz varmı?
  • Bura gəlmiş klublar haqda məlumatım var. Bu faktları bilirəm. “Qarabağ”da güclü yerli və legioner futbolçular var. İstər Avropa Liqasında, istərsə də Çempionlar Liqasında rəqiblərə çətinlik yaradıblar.
  • Mümkün məğlubiyyət sizin üçün nə deməkdi?
  • Çətinliklərə baxmayaraq, qələbə qazanacağımıza inanıram.
  • Sabahkı oyunda hansısa oyunçuların ehtiyatda qalması gözlənilirmi?
  • Bizim üçün bir oyun var, o da “Qarabağ”a qarşı. Bizim sabah turnirdə ilk oyunumuzdu. Bütün gözləntilərin qarşılığını verəcəyik. Meydana ən yaxşı oyunçuları çıxaracağıq
  • Oyunda hansı dəyişiklikləri edəcəksiz?
  • Bunu sabah görəcəksiz. Bütün oyunçular hazır vəziyyətdədi. Dəyişiklik ola bilər.

Şahin Cəfərov