“Liverpul”un zədəliləri qayıtdı

İngiltərənin “Liverpul” klubunun zədəli futbolçuları Trent Aleksander-Arnold və Nabi Keyta sağalıb.

Komanda.az xəbər verir ki, bu barədə Mersisayd klubunun mətbuat xidməti məlumat yayıb.

Bir müddətdir zədəli olan futbolçular dünən komanda ilə məşqə qatılıblar. Onların baş məşqçinin şans verəcəyi halda Premyer Liqanın növbəti turunda keçiriləcək “Vulverhempton”la oyunda iştirak edə biləcəkləri gözlənilir.

“Liverpul” – “Vulverhempton” oyunu dekabrın 6-da, saat 23:15-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button