“Liverpul”un kubok oyunlarına ciddi yanaşmadığını demək ağılsızlıqdır”

İngiltərənin “Liverpul” klubunun müdafiəçisi Vircil van Dayk komandanın son oyunlardakı məğlubiyyətləri haqqında açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, niderlandlı futbolçu, Premyer Liqada “Uotford” və Federasiya kubokunda “Çelsi” ilə oyunlardakı məğlubiyyətlər haqqında danışıb:

“Liverpul”un kubok oyunlarına ciddi yanaşmadığını demək ağılsızlıqdır. Komanda iştirak etdiyi hər turnirdə qalib olmaq istəyir. Bunu hər zaman göstərmişik, həmçinin “Çelsi” ilə oyunda da (0:2). Bu oyunda qalib gəlmək üçün əlimizdən gələni etdik. Məğlub olmağı sevmirəm. “Uotford”la oyunda (0:3) məğlubiyyətə layiq idik, bu, hamımız üçün çətin gün idi. Amma “Çelsi” ilə oyunda komandada müəyyən dəyişiklik oldu, hər kəs əla çıxış etdi. Səhvlərimizi bildik və bunları müzakirə etdik.

Hazırda çempionatı qazanmağa yaxınıq. UEFA superkuboku və Klublararası dünya çempionatında qalib olduq. Həyatda hər zaman nədənsə narazı insanlar var, amma mən müsbət məqamlara diqqət edirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button