“Liverpul”un istəmədiyi futbolçu “Nyukasl”ın hədəfində

“Liverpul”la müqaviləsi cari mövsümün sonunda bitəcək Adam Lallana daha bir klubun maraq dairəsindədir.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Nyukasl” qış fasiləsində 31 yaşlı fubolçunu heyətinə qatmaq niyyətindədir. Mövsümün sonunda azad agent kimi istədiyi kluba transfer oluna biləcək futbolçu, “Liverpul”un heyətində kifayət qədər şans qazanmır. Lallananın əsas istəyi Mersisayd klubunda qalmaq olsa da, “Liverpul” hələ ona yeni müqavilə təklif etməyib.

Çin və ABŞ klublarının maraq dairəsində olan futbolçunun xidmətində PSJ də maraqlıdır.

2014-cü ildən “Liverpul”un şərəfini qoruyan ingiltərəli futbolçu, cari mövsümdə iştirak etdiyi 15 oyunda 1 qol, 2 məhsuldar ötürməylə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button