
İraola rumıniyalı müdafiəçinin transferini tələb edir
“Rayo Valyekano”nun müdafiəçisi Andrey Ratiu tezliklə “Liverpul”a transfer oluna bilər.
Komanda.az “TEAMtalk”-a istinadən xəbər verir ki, “qırmızılar”ın yeni baş məşqçisi Andoni İraola rumıniyalı futbolçu ilə şəxsən maraqlanır və klub rəhbərliyindən onun transferini tələb edib. İngiltərə klubunun müdafiəçinin 25 milyon avro dəyərində olan sərbəstqalma bəndini aktivləşdirməyi planlaşdırdığı qeyd olunur.
Ratiu 2025/26 mövsümündə bütün turnirlərdə 50 oyuna çıxaraq, 1 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



