“Liverpul”lu üçün 2 “elçi”

“Liverpul”un futbolçusu Adam Lallana mövsümün sonunda Mersisayd təmsilçisindən ayrılacaq.

Komanda.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi ilə “Latsio” və “Lester” yaxından maraqlanır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Hər iki klubun artıq Lallana ilə danışıqlar apardığı bildirilir.

2014-cü ildən “Liverpul”da forma geyinən Lallananın müqaviləsi yaya qədərdir. Yarımmüdafiəçi bu mövsüm Premyer Liqada 13 oyunda iştirak edib və 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button