“Liverpul”un futbolçusu Acunun klubuna keçməyə yaxındır

“Liverpul”un futbolçusu Fabio Karvalyo karyerasını Acun Ilıcalının “Hall Siti” klubunda davam etdirəcək.

Komanda.az Britaniya istinadən xəbər verir ki, tərəflər artıq 21 yaşlı futbolçunun icarə əsasında transferi üçün razılığa gəliblər. Yaxın vaxtlarda yarımmüdafiəçi “Hall Siti” ilə müqavilə imzalayacaq.

Karvalyo peşəkar karyerasına “Fulhem”də başlayıb. O, 2022-ci ilin yayında 5,9 milyon avroya “Liverpul”a keçib. Fabio komandanın heyətində 21 oyuna çıxıb və 1 qol vurub. Portuqaliyalı futbolçu 2023-cü ilin yayından dekabr ayınadək icarə əsasında “Leyptsiq”də oynayıb. Karvalyo bu müddət ərzində 15 görüşdə iştirak edib.

TV8 kanalının rəhbəri, türkiyəli məşhur aparıcı Acun Ilıcalı 2022-ci ilin yanvarında “Hall Siti”ni alıb. Komanda hazırda Çempionşipdə mübarizə aparır və 26 oyundan sonra turnir cədvəlində 39 xalla 7-cidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button