“Liverpul”un daha bir futbolçusu üçün mövsüm erkən bitdi

İngiltərə çempionu “Liverpul” daha bir ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, Premyer Liqa nəhənginin müdafiəçisi Vircil Van Deyk üçün mövsüm erkən başa çatıb.

Bu barədə komandanın baş məşqçisi Yurgen Klopp məlumat verib. O, jurnalistlər üçün təşkil olunan mətbuat konfransında ilk dövrədə “Everton”la oyunda zədələnən niderlandlı futbolçunun bu mövsüm yaşıl meydanlara qayıtmasının mümkünsüz olduğunu diqqətə çatdırıb.

Maraq üçün qeyd edək ki, Klopp bir gün öncə Joel Matipin də mövsümü erkən başa vurduğunu açıqlamışdı.

“Liverpul” əsas müdafiəçilərini itirdiyi üçün Ben Deyvis və Ozan Kabakı heyətinə qatıb.