Klopp: “Mövsümün sonuna qədər belə oynaya biləcəklər?”

“Liverpul”un baş məşqçisi Yurgen  Klopp Premyer Liqanın 15-ci turu çərçivəsində “Vest Bormviç”ə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, alman mütəxəssis, 1:1 hesabıyla bitən görüşlə bağlı bunları deyib:

“İlk hissədə komandamın sərgilədiyi oyun xoşuma gəldi, daha canlı idik. Sadə ötürmələrlə oynadıq, lazım olanları etdik. “Vest Bromviç” kimi komandaya qarşı oynamaq asan deyil. Görəsən, mövsümün sonuna qədər belə oynaya biləcəklər? Sem Ellardays təcrübəli baş məşqçidir, komandasını düzgün qurmuşdu. Şansları oldu və bundan istifadə etdilər. Rəqibin 1 xala layiq olduğunu düşünürəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button