“Liverpul”dan ilk oyunda heç-heçə, “Çelsi”dən qələbə

Futbol üzrə İngiltərə Premyer Liqasında 1-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, bu gün daha 6 qarşılaşma baş tutub.

“Liverpul” səfərdə “Fulhem”lə qarşılaşıb. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.

“Çelsi” isə “Everton”la səfər matçında 3 xalı tək qolla qazanıb. London digər təmsilçisi “Tottenhem” “Sauthempton”la ev oyununda darmadağına imza atıb.

“Bornmut” “Aston Villa”nı, “Lids” “Vulverhempton”u, “Nyukasl” da “Nottingem Forest”i məğlub yola salıb.

İngiltərə Premyer Liqası
1-ci tur
6 avqust

Fulhem – Liverpul 2:2
Qol
: Mitroviç, 32; 72-pen – Nunes, 64. Salah, 80.

Bornmut – Aston Villa 2:0
Qol
: Lerma, 2. Mur, 80.

Lids – Vulverhempton 2:1
Qol
: Rodriqo, 24. Nuri, 74-öz qapısına – Podense, 6.

Nyukasl – Nottingem Forest 2:0
Qol
: Şer, 58. Uilson, 78.

Tottenhem – Sauthempton 4:1
Qol
: Sessenyon, 21. Dayer, 31. Salisu, 61-öz qapısına. Kuluşevski, 63 – Uord-Prauz, 12.

Everton – Çelsi 0:1
Qol
: Jorjinyo, 45+9-pen.