
“Liverpul” və MY 70 milyon avroluq müdafiəçi ilə maraqlanır
“Tottenhem”in müdafiəçisi Luka Vuşkoviç İngiltərə Premyer Liqasının iki top-klubu – “Liverpul” və “Mançester Yunayted”in maraq dairəsinə düşüb.
Komanda.az xəbər verir ki, bu barədə “Caught Offside” məlumat yayıb. “Liverpul” 19 yaşlı futbolçunu müdafiəçisi Vircil van Daykın mümkün varisi kimi nəzərdən keçirir.
“Tottenhem” isə xorvatiyalı müdafiəçini təxminən 70 milyon avroya satmağı planlaşdırır.
Vuşkoviç ötən mövsümü icarə əsasında “Hamburq”da keçirib. O, 28 oyunda meydana çıxıb, 6 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



