Bastoni 70 milyon avroya İngiltərə klubuna keçə bilər

“Liverpul” yay transfer dövründə müdafiə xəttini gücləndirmək üçün növbəti addımını atmağa hazırlaşır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Mersisayd təmsilçisinin maraq dairəsinə İtaliya millisinin və “İnter”in əsas müdafiəçilərindən olan Alessandro Bastoni düşüb. İngiltərə klubunun futbolçunun transferi üçün təxminən 70 milyon avro ödəməyə hazır olduğu bildirilir.

Bastoni 2017-ci ilin yayından etibarən Milan klubunun formasını geyinir. 26 yaşlı müdafiəçinin “İnter”lə müqaviləsinin müddəti 2028-ci ilin iyununun sonuna qədərdir. O, İtaliya A Seriyasının geridə qalan mövsümündə 28 oyunda meydana çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button