Salah – 100!

“Liverpul” İngiltərə Premyer Liqasının 5-ci turunda “Everton”la qollu bərabərə qalıb.

Komanda.az xəbər verir ki, 2:2 hesabıyla bitən görüş “Liverpul”un futbolçusu Məhəmməd Salah üçün əlamətdar olub. Belə ki, komandasının ikinci qoluna imza atan misirli futbolçu “Liverpul”da 100 qol səddinə çatıb. Salah buna 159 oyunda nail olub.

2017-ci ildən “Liverpul”da çıxış edən Salah, 2017/18 mövsümündə 44, 2018/19-da 27, 2019/20-də 23 qol vurub. 28 yaşlı hücumçu bu mövsüm 6 dəfə fərqlənib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button