“Liverpul” fransalı üçün təklif göndərib

“Borussiya”nın (Münhenqladbax) yarımmüdafiəçisi Manu Kone “Liverpul”un diqqətini cəlb edib.

Komanda.az “Bild” nəşrinə istinadən xəbər verir ki, fransalı futbolçunun Mersisayd təmsilçisinə keçmək ehtimalı yüksək qiymətləndirilir. “Liverpul” artıq Kone üçün təklif göndərib.

22 yaşlı oyunçunun Almaniya klubu ilə hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir.

O, 2022/23 mövsümündə Bundesliqa təmsilçisinin heyətində 31 oyuna çıxıb, bir qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button