“Real” ingiltərəli futbolçu üçün 87,7 milyon avro təklif etməyə hazırdır

“Real” bu yay “Liverpul”un 25 yaşlı müdafiəçisi Trent Aleksander-Arnoldu almaq üçün 75 milyon funt-sterlinq (87,7 milyon avro) təklif etməyə hazırdır.

Komanda.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.

“Liverpul” Aleksander-Arnoldu komandada saxlamaq istəyir və futbolçunun 2025-ci ilin yayında başa çatacaq müqaviləsini uzadacağına ümid edir. İngiltərəli müdafiəçi ilə müqavilənin uzadılmasının klubun qarşıdakı yay üçün əsas prioriteti olduğu vurğulanır.

Aleksander-Arnold bu mövsüm bütün turnirlərdə 29 matçda iştirak edib, 2 qol vurub və 10 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button