“Tottenhem” ona görə 60 milyon avro ödəyəcək?

İngiltərənin “Tottenhen” klubu heyətini “Lill”in futbolçusu ilə gücləndirmək niyyətindədir.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, London klubu “Lill”in yarımmüdafiəçisi Bubakar Sumareni transfer etmək istəyir. Klubun 20 yaşlı futbolçu üçün danışıqlara başlamağa hazır olduğu bildirilir. “Lill” Bubakarın təzminat məbləğini 60 milyon avro olaraq müəyyənləşdirib.

Fransalı futbolçunun “Real”, “Arsenal”, “Çelsi” kimi klubların da maraq dairəsində olduğu deyilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button