ÇL: “İlk iki qol həlledici oldu” – Ançelotti

“Real”ın baş məşqçisi Karlo Ançelotti UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci tur matçında “Leyptsiq”ə məğlubiyyəti (2:3) şərh edib.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, italiyalı mütəxəssis ilk iki qolun həlledici olduğunu deyib:

“İkinci qolu buraxan kimi “Leyptsiq” onlar üçün əlverişli olan əks-hücum futbolu oynamağa başladı. İlk iki qol həlledici oldu və “Leyptsiq” oyunu öz əlinə aldı”.

“Real” 10 xalla F qrupuna başçılıq edir və pley-offa vəsiqəni təmin edib. “Leyptsiq”in 9 xalı var və ikincidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button