“Leyptsiq” bunu Ronaldosuz bacardı

“Atletiko” UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində “Leyptsiq”ə 1:2 hesabı ilə məğlub olaraq, turnirdə mübarizəni dayandırıb.

Komanda.az xəbər verir ki, “Leyptsiq” turnirin əsas mərhələsində heyətində Kriştiano Ronaldo olmadan Dieqo Simeonenin klubunu mübarizədən kənarlaşdıran ilk klub olub. Madrid klubu 2013/14-cü il mövsümündən bəri heyətində Ronaldo olan “Real” və “Yuventus”a ümumilikdə 5 dəfə məğlub olub.

Simeone 2012-ci ildən “Atletiko”nu çalışdırır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button