“Lex”də “Qarabağ”la oyundan əvvəl yeni baş məşqçi

UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Polşa “Lex”inin yeni baş məşqçisi məlum olub.

Komanda.az Polşa mətbuatına istinadən xəbər verir ki, komandanın “sükan”ı Con van den Broma tapşırılıb. Niderlandlı mütəxəssisin yaxın günlərdə Poznan təmsilçisi ilə rəsmi müqavilə imzalayacağı bildirilib.

Brom “Lex”in baş məşqçisi kimi debütünü “Qarabağ”a qarşı ev oyununda keçirəcək.

“Qarabağ” ilk matçını 5-6 iyulda səfərdə, cavab görüşünü 12-13 iyulda evdə keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button