Levandovskinin agenti: “Təbii ki, o, “Barselona”da qalacaq”

“Barselona”nın hücumçusu Robert Levandovskinin agenti Pini Zahavi futbolçunun Kataloniya klubundakı gələcəyi ilə bağlı sualı cavablandırıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, polşalı futbolçunun Kataloniya klubunda qalacağını söyləyib:

“Levandovskinin gələcəyi? Təbii ki, o, “Barselona”da qalacaq”.

35 yaşlı Levandovski bu mövsüm bütün yarışlarda 20 matçda iştirak edib, 9 qol vurub və 4 məhsuldar ötürmə edib.

“Barselona” 17 turdan sonra İspaniya çempionatının turnir cədvəlində 35 xalla dördüncü pillədə qərarlaşıb. Komanda lider “Jirona”dan 9 xal geri qalır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button