“O, məni “Mançester Yunayted”də görmək istədiyini dedi” – Levandovski

Almaniyanın “Bavariya” klubunun hücumçusu Robert Levandovski açıqlama verib.

Komanda.az “France Football”a istinadən xəbər verir ki, polşalı futbolçu, Lionel Messi və Kriştiano Ronaldo ilə eyni səviyyədə olmadığını etiraf edib:

“Həm Messi, həm də Ronaldo uzun müddətdir zirvədədir. Özümü onların yanında görmürəm. Keçən dövrdə vurduğum qollara və qazandığım uğurlara baxsaq, yaxşı səviyyədə olduğumu deyə bilərəm”.

Levandovski, “Borussiya”da (Dortmund) çıxış edərkən “Mançester Yunayted”dən təklif aldığını da etiraf edib:

“Borussiya” çıxış edərkən, Aleks Ferqyusonla danışdım. O, məni “Mançester Yunayted”də görmək istədiyini dedi. Bu transfer mənim də marağımı çəkirdi, amma “Borussiya” getməyimə icazə vermədi. Mən də bu məsələnin üzərində çox dayanmadım. Peşman deyiləm, “Borussiya”da işlərim çox yaxşı gedirdi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button