Levandovskidən ərəbləri məyus edən qərar

“Barselona”nın hücumçusu Robert Levandovskinin Səudiyyə Ərəbistanına köçmək niyyəti yoxdur.

Daha əvvəl Səudiyyə Ərəbistanı klublarının 34 yaşlı hücumçunu almaqda maraqlı olduğu bildirilirdi.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, polşalı futbolçu “Barsa”dan ayrılmağı düşünmür. “Astronomik” təklifə baxmayaraq, Levandovski 2025-ci ilə qədər müqaviləsi olduğu klubu tərk etmək niyyətində deyil.

Levandovski ötən mövsüm La Liqada 34 oyuna çıxıb, 23 qol vurub, 7 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button