Levandovski “Barselona”ya keçə bilər – bir şərtlə

“Barselona” klubu maraq dairəsində olan “Bayern”nin polşalı hücumçusu Robert Levandovski üçün tələb olunan məbləği bir ödənişdə ödəsə, onu heyətinə qata bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya təmsilçisi İspaniya klubunun maddi durumundan əmin deyil. Belə ki, “Barselona”nın milyonlarla avro borcu var.

Levandovski 2014-cü ildən “Bayern”də çıxış edir. O, ötən mövsüm komandanın heyətində bütün turnirlərdə 46 oyuna çıxıb, 50 qol vurub və 7 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button