“Gənc futbolçulara kömək etməyə çalışıram” – Levandovski

“Barselona”nın polşalı hücumçusu Robert Levandovski Çempionlar Liqasının 1/8 final mərhələsinin “Napoli” ilə oyunundan (1:1) sonra komandanın gənc futbolçularının perspektivlərini şərh edib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, o, həmişə təcrübəsi ilə gənc oyunçulara kömək etməyə çalışdığını deyib:

“Bizim çoxlu gənc futbolçularımız var. Onların avrokuboklarda rəqabətdəki effektivliyinin yaxşılaşması üçün bizə bir az daha vaxt lazımdır. Düşünürəm ki, komandanın böyük potensialı var. Komanda olaraq irəliyə doğru addım atmalıyıq. Təcrübəm sayəsində gənc futbolçulara kömək etməyə çalışıram.

Pedri çox yaxşı oyunçudur və biz ondan həmişə yüksək səviyyə gözləyirik. Növbəti oyunlarda daha yaxşı oynayacağına əminəm.

Mən Barselonada bir il yarım keçirdim. Lakin komanda yoldaşlarımla danışmaq, o cümlədən gənc oyunçulara kömək etmək üçün dil öyrənmək mənim üçün vacib idi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button