Sanenin “Bayern”dəki gələcəyi bir neçə amildən asılıdır

“Bayern”in futbolçusu Leroy Sane Münhen klubunda gələcəyi barədə tez-tez düşünmədiyini bildirib. O, həmçinin, yeni müqavilə ilə bağlı klub rəhbərliyi ilə danışıqların gedişindən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı yarımmüdafiəçi gələcəyinin bir neçə amildən asılı olduğunu bildirib:

“Mənim gələcəyim? Bu bir neçə amildən asılıdır. Amma indi bu haqda çox düşünmürəm. Qarşıda “Arsenal”la vacib oyunumuz (Çempionlar Liqası) var və mən diqqətimi buna ayırmışam. İstəyirəm ki, yaxşı oyun keçirək və düzgün istiqamətdə irəliləməyə davam edək.

Klub rəhbərliyi ilə danışıqlar aparırıq. Ola bilsin ki, bu müzakirələr qarşıdakı həftələrdə daha da sürətlənsin”.

28 yaşlı Sane bu mövsüm bütün yarışlar daxil olmaqla 37 oyun keçirib, 9 qol vurub və 13 məhsuldar ötürmə edib. Futbolçunun “Bayern”lə hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button