“Qarabağ”ın Avroliqa oyununun hakimi fırıldaqçılıqda ittiham olunur

Rusiyalı sabiq futbol hakimi Pavla Stipidi totalizatorla bağlı fırıldaqlarda şübhəli bilinir.

Komanda.az xəbər verir ki, bu barədə “Metaratings” portalı məlumat yayıb. Stipidi, beynəlxalq oyunlar zamanı sarı vərəqələrin sayına pul qoyuluşlarında ittiham edilir.

Stipidinin bu işdə tək olmadığı və rusiyalı hakim Sergey Lapoçkinlə birlikdə iş gördükləri iddia olunur.
Lapoçkinin də bu işdə olduğu təsdiqlənsə, o, ömürlük futboldan uzaqlaşdırılacaq.

Sergey Lapoçkin “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində “Linfild”lə Bakıda qarşılaşdığı matçda dördüncü hakim funksiyasını yerinə yetirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button