
“Latsio”da Sarri dönəmi bitir?
“Latsio” baş məşqçisi Mauritsio Sarri ilə yollarını ayıra bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Sarri ilə klub rəhbərliyi arasında münasibətlər son dövrlərdə pisləşib və bu səbəbdən, tərəflərin yayda ayrılması mümkündür.
Halbuki italiyalı mütəxəssisin paytaxt təmsilçisi ilə müqaviləsinin müddəti 2028-ci ilə qədərdir. O, sözləşməyə əsasən ildə 2,5 milyon avro maaş və əlavə bonuslar qazanır.
“Latsio” cari mövsümdə gözləniləndən zəif çıxış edir. Roma təmsilçisi A Seriyasında keçirdiyi 28 turdan sonra 37 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



