“Latsio” Qattuzo ilə anlaşıb

“Latsio” yaxın günlərdə baş məşqçi dəyişikliyini rəsmiləşdirə bilər.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, hazırkı baş məşqçi Mauritsio Sarri Roma klubundan ayrılmağa hazırlaşır və onu Cennaro Qattuzo əvəz edə bilər.

Mənbənin iddiasına əsasən, tərəflər arasında razılıq demək olar ki, əldə olunub və yalnız rəsmi açıqlama gözlənilir. Müqavilənin iki illik olacağı bildirilir.

Qattuzo son olaraq İtaliya millisində çalışıb. Ancaq komandanın dünya çempionatına vəsiqə qazana bilməməsindən sonra postunu tərk edib.

“Latsio” 2025/26 A Seriyası mövsümünü turnir cədvəlinin 9-cu pilləsində başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button