“Latsio”da yeni qapıçı – Rəsmi

“Latsio” heyətini qapıçı Edoardo Motta ilə gücləndirib.

Komanda.az xəbər verir ki, bu barədə Roma təmsilçisinin rəsmi saytı məlumat yayıb.

21 yaşlı qolkiper İtaliyanın D Seriyasında çıxış edən “Recanatese” klubundan transfer olunub. “Latsio” onun keçidi üçün 1,2 milyon avro ödəyib.

Motta cari mövsümdə 21 oyuna çıxıb, 31 qol buraxıb və 5 matçda qapısını toxunulmaz saxlayıb. Onun yeni komandası hazırda A Seriyasında turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb və hesabında 29 xal var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button