“Latsio” ispaniyalı futbolçu ilə müqavilə bağladı

İtaliyanın “Latsio” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, paytaxt təmsilçisi ispaniyalı yarımmüdafiəçi Xoni Rodriqesi transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər 4 illik müqaviləyə imza atıblar.

“Malaqa”dan transfer olunan 28 yaşlı futbolçu, 2016-cı ildən bu klubun şərəfini qoruyurdu. Amma o, bu müddətdə Xixon “Sportinq”i ilə “Alaves”də icarədə də olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button