“Latsio” ilə oyunda qələbə Tuxelə baha başa gəldi

“Bayern”in baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının 1/8 final mərhələsinin “Latsio” ilə cavab matçından (3:0) əvvəl barmağını sındırıb.

Komanda.az “Bild” nəşrinə istinadən xəbər verir ki, Tuxel nəyəsə təpik vuraraq barmağını qırdığını deyib:

“Oyundan əvvəl motivasiya nitqi mənim barmağıma baha başa gəldi. Dərhal kömək aldım. Amma daha idman ayaqqabımı çıxarmağa cəsarətim yoxdur, çünki yenidən geyinə bilməyəcəyimi düşünürəm. Mən nəyəsə təpik vurdum. Oyunçular hələ bilmirlər. Yəqin ki, onlar mənim 90 dəqiqə oturmağıma təəccübləndilər”.

Klubun icraçı direktoru Yan-Kristian Drezen daha sonra Tuxelin ayaq barmağını sındırdığını bildirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button