“Latsio”, “Atalanta” və “İnter” də bizə müraciət edib”

Son mövsümü “Tottenhem”də keçirən Fernando Lyorentenin “Fiorentina” klubunun maraq dairəsində olduğunu xəbər vermişdik.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, ispan futbolçunun meneceri Xesus, İtaliyadan başqa təkliflərin də olduğunu bildirib:

“Fiorentina”nın ciddi bir təklifi var, amma “Latsio”, “Atalanta” və “İnter” də bizə müraciət edib. Llorente üçün İtaliyadan belə marağın olması bizi sevindirir. Bundan başqa, digər Avropa klublarından da Llorenteyə təkliflər var. Hələ heç nə bəlli deyil, nələr olacağını görəcəyik”.

2017-ci ildən “Tottenhem”in şərəfini qoruyan futbolçu, son mövsümdə iştirak etdiyi 35 oyunda 8 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button