Laporta “Barselona” azarkeşlərindən üzr istədi

İspaniyanın “Barselona” klubunun prezidenti Xuan Laporta azarkeşlərə müraciət edib.

Komanda.az xəbər verir ki, 59 yaşlı mütəxəssis UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda evdə Almaniya çempionu “Bayern”ə 0:3 məğlubiyyətə görə fanatlardan üzr istəyib.

O, tərəfdarları səbrli olmağa çağırıb: “Mən də sizin kimi qəzəbli və məyusam. Baş verənlər düşündüyümüz ssenarilərdən biridir. Səbrli olmağınızı və komandaya dəstəyinizi davam etdirməyinizi xahiş edirəm. Həmçinin klub rəhbərliyinə etibar edin. Bu inama ehtiyacımız var və vəziyyəti düzəldəcəyimizə heç bir şübhəmiz yoxdur”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button