“Lənkəran” Şabazla vidalaşdı

“Lənkəran” basketbol klubu amerikalı legioneri Bilal Şabazla yolları ayırdığını açıqlayıb.

Komanda.az xəbər verir ki, tərəflər arasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

25 yaşlı basketbolçu cənub təmsilçisinə cari mövsümün əvvəlində qoşulmuşdu.

“Lənkəran” bundan əvvəl Ankit Çoudhari və Antoni Tseqekele ilə də vidalaşıb. Komanda əvəzində kanadalı Rahem Sullivan ilə güclənib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button