
Kyeza maaşının 50 faiz azaldılmasına razıdır – Keçmiş klubuna dönmək üçün
“Liverpul”un vingeri Federiko Kyeza İtaliyaya qayıda bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu “Yuventus”a geri dönmək istəyir və bunun üçün maaşının təxminən 50 faiz azaldılmasına razıdır. Onun hazırkı illik maaşı 7 milyon avrodur. “Liverpul” isə oyunçunu 10 milyon avroya satmağa hazırdır. Lakin Kyeza hazırda Turin klubunun əsas transfer hədəfi deyil.
28 yaşlı italiyalı futbolçu 2020–2024-cü illərdə “Yuventus”da çıxış edib. O, Turin klubunun heyətində 131 oyunda 32 qol vurub və 24 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



