“77”-nin sirri

“Napoli”nin gürcüstanlı futbolçusu Xviça Kvaratsxeliya 77 nömrəli forma altında çıxış etməsinin səbəbini açıqlayıb.

Komanda.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, o, sevimli nömrəsinin 7 olduğunu deyib:

“Əslində, mənim 77 rəqəmi ilə birbaşa əlaqəm yoxdur. Lakin 7 mənim sevimli nömrəmdir. Həmçinin, Kriştiano Ronaldonun da sevimli nömrəsidir. Ona görə də, 77 rəqəmini seçmişəm”.

Kvaratsxeliya “Rubin”də 21, “Dinamo”da (Batumi) 20 nömrəli forma geyinib. O, Gürcüstan milli komandasında 18 nömrəli formada çıxış edir.

21 yaşlı Kvaratsxeliya 2022-ci ilin iyulundan “Napoli”dədir. O, bu mövsüm İtaliya A Seriyası təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 17 oyuna çıxıb, 8 qol vurub və 8 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button