“Kurtuanı küçədən götürməmişik” – “Real”ın prezidenti

“Real”ın prezidenti Florentino Peres, qapıçı Tibo Kurtua olmasaydı, Madrid komandasının Çempionlar Liqasını qazana bilməyəcəyinə inanan tənqidçilərə cavab verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, klub rəhbəri, Kurtuanı küçədən götürmədiklərini deyib:

“Çoxu Kurtua sayəsində Çempionlar Liqasını qazandığımızı düşünür. O, bizim oyunçumuzdur, biz onu küçədən, təsadüfən götürməmişik”.

Finalda “Liverpul”u 1:0 hesabı ilə məğlub edən “Real” 14-cü dəfə Çempionlar Liqasının qalibi olub. Bu görüşdə Kurtua qapıya gələn 9 zərbəni dəf edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button