
Kurtua: “Real” yüksək səviyyəli transferlər edib”
“Real”ın qapıçısı Tibo Kurtua klubun yay transfer siyasəti barədə fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı qolkiper rəhbərliyin transfer bazarında uğurlu iş gördüyünü bildirib və artıq növbənin futbolçulara çatdığını vurğulayıb:
“Real” yüksək səviyyəli baş məşqçi və güclü futbolçular transfer edib. İndi isə futbolçuların buna meydanda cavab verməsinin vaxtıdır”.
Madrid təmsilçisi yay transfer dövründə Bernardo Silva, İbrahima Konate, Denzel Dumfris və Mark Kukurellanı heyətinə qatıb. Bununla belə, klubun transfer fəaliyyətini davam etdirəcəyi bildirilir. Komandanın yeni baş məşqçisi isə Joze Mourinyodur.
“Real” ötən mövsüm La Liqanı turnir cədvəlinin ikinci pilləsində başa vurub və mövsümü heç bir kubok qazanmadan tamamlayıb. Bu, son 16 ildə ikinci dəfə baş verib.
Bizi Facebook-da izləyin



