
Kurtua: “Düşünmürəm ki, daha dörd il eyni tempdə çıxış edə bilim”
Belçika millisinin qapıçısı Tibo Kurtua yığmadakı gələcəyi ilə bağlı fikirlərini bölüşüb.
34 yaşlı qolkiper ötən həftə dünya çempionatları tarixində Belçika millisinin heyətində ən çox oyun keçirən futbolçu olub. O, mundiallarda 20-ci matçına çıxaraq, rekord müəyyənləşdirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Kurtua DÇ-2026-dan sonra millidən ayrılacağı ilə bağlı yayılan xəbərlərə belə münasibət bildirib:
“Mən sadəcə demişdim ki, davam etməkdənsə, karyeramı başa vurma ehtimalım daha yüksəkdir. Bunun yeganə səbəbi fiziki durumdur.
Komandada əla ab-hava var və burada olmaqdan zövq alıram. Bu turnirdə yaşadıqlarımız həqiqətən də unudulmazdır. Amma düşünmürəm ki, daha dörd il eyni tempdə çıxış edə bilim”.
“Real”ın qapıçısı hazırda DÇ-2026-da Belçika millisinin heyətində mübarizəsini davam etdirir. Onun komandası 1/4 finalda, iyulun 10-da, saat 23:00-da İspaniya yığması ilə qarşılaşacaq.
Bizi Facebook-da izləyin



