
“Şerif”lə “Dinamo” Avropa Liqasına heç-heçə ilə başladı
Avropa Liqasının 2026/27 mövsümünə start verilib.
Komanda.az xəbər verir ki, bu gün 1-ci təsnifat mərhələsinin ilk oyunları keçirilib.
“Qarabağ”ın “Vestri”yə böyük hesabla qalib gəldiyi gündə daha 5 görüş baş tutub.
“Dinamo” (Kiyev) və “Şerif” evdə keçirdikləri oyunlarda qələbə qazana bilməyib. “Hayduk” və ÇSKA (Sofiya) evdə, “Ferentsvaroş” səfərdə qələbə qazanıb.
Bu mərhələnin cavab oyunları iyulun 16-da keçiriləcək.
Avropa Liqası
1-ci təsnifat mərhələsinin ilk oyunları
9 iyul
Dinamo (Kiyev, Ukrayna) – Universitatya (Kluj, Rumıniya) 0:0
Qarabağ (Azərbaycan) – Vestri (İslandiya) 3:0
Hayduk (Split, Xorvatiya) – Jilina (Slovakiya) 2:0
ÇSKA (Sofiya, Bolqarıstan) – Derri Siti (İrlandiya) 3:2
Şerif (Tiraspol, Moldova) – Aluminiy (Sloveniya) 0:0
Voyvodina (Serbiya) – Ferentsvaroş (Macarıstan) 1:2
Bizi Facebook-da izləyin


