
“Neftçi” bu gün Sloveniyada üçüncü yoxlama oyununu keçirəcək
Sloveniyada təlim-məşq toplanışında olan “Neftçi” sözügedən ölkədə bu gün növbəti yoxlama oyununu keçirəcək.
Komanda.az xəbər verir ki, Yuri Vernidubun baş məşqçisi olduğu komanda Serbiyanın “Radniçi NİŞ” klubu ilə üz-üzə gələcək. Qarşılaşma saat 19:30-da start götürəcək.
“Neftçi” daha əvvəl Serbiya təmsilçisi “Partizan”a 0:1, Rumıniyanın “ÇFR Kluj” komandasına 1:2 hesabı ilə uduzub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



