Ronald Kumanın siyahısı

“Barselona”nın baş məşqçisi Ronald Kuman qış transfer pəncərəsi dövründə komandadan ayrılacaq və transfer ediləcək futbolçuları müəyyənləşdirib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, niderlandlı mütəxəssis, futbolçuların siyahısını hazırladığını bildirib:

“Mən də qış transferi dövründə heyəti gücləndirmək istəyirəm. Komandadan ayrıla biləcək və transfer etmək istədiyimiz futbolçuların siyahısını hazırlamışam. Lakin bu, klubdaxili məsələdir və hər şey rəhbərlikdən asılıdır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button