Erkən final: “Mançester Siti” “Mançester Yunayted”ə rəqib oldu

İngiltərə Liqa kubokunda yarımfinal mərhələsinin cütləri məlum olub.

Komanda.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, son çempion “Mançester Siti” bu mərhələdə “Mançester Yunayted”lə qarşılaşacaq. Yarımfinal mərhələsinin digər matçında isə “Lester” “Aston Villa” ilə üz-üzə gələcək.

Liqa kubokunun yarımfinal mərhələsinin ilk oyunları yanvarın 6-da, cavab matçları isə 27-də keçiriləcək.

İngiltərə Liqa kuboku, yarımfinal mərhələsi

Mançester Siti – Mançester Yunayted
Lester – Aston Villa

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button