“Real”la Kroos razılığa gəlib

“Real”ın yarımmüdafiəçisi Toni Kroos klubla müqaviləsini uzadacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 34 yaşlı almaniyalı futbolçunun yeni müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Tərəflər arasında birbaşa danışıqlar başa çatıb və müqavilənin rəsmi imzalanması yalnız formal xarakter daşıyır. Kroosun klubla hazırkı müqaviləsi bu yay başa çatır.

Yarımmüdafiəçi 2014-cü ildən “Real”da çıxış edir. O, bu müddət ərzində 455 oyun keçirib, 28 qol vurub və 96 məhsuldar ötürmə edib. Kroos bu mövsüm 38 oyunda 1 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button