Krivotsyuk darmadağına üzüldü

Yeni mövsümə hazırlığı davam etdirən Polşanın “Visla” komandası daha bir yoxlama görüşündə qüvvəsini sınayıb.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi Plotsk təmsilçisi “Rakuv”la iki görüş keçirib.

Krivotsyuk ilk matçda iştirak edib. Millimizin üzvünün start heyətdə yer aldığı oyun plotskluların böyük hesablı məğlubiyyəti ilə yadda qalıb – 0:3.

“Visla”nın baş məşqçisi eyni rəqiblə ikinci oyunda fərqli futbolçulara güvənib ki, Anton ehtiyatda qalıb. Həmin oyunda isə Plotsk təmsilçisi 3:0 hesablı qələbəyə sevinib.