“Kristal Pelas” “sükan”ı ona tapşırmaq istəyir

“Tottenhem”in sabiq baş məşqçisi Tomas Frank İngiltərə Premyer Liqasına qayıda bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Sun Sport” məlumat yayıb.

“Kristal Pelas” 2025/26 mövsümünün sonunda komandadan ayrılması gözlənilən Oliver Qlasnerın əvəzinə Tomas Frankın xidmətindən istifadə etmək istəyir.

“Qartallar” hazırda 35 xalla Premyer Liqada turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb. Komanda növbəti oyununu bu gün səfərdə “Tottenhem”lə keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button