Koutinyo “Barselona”dan ayrılır?

“Barselona”nın futbolçusu Filippe Koutinyo yayda klubu tərk edə bilər.

Komanda.az xəbər verir ki, braziliyalı futbolçu karyerasını İngiltərə Premyer Liqasında davam etdirmək istəyir. Bu barədə İngiltərənin “Mirror” nəşri məlumat yayıb.

Xəbərdə, 26 yaşlı hücumçuyla “Mançester Yunayted”in yaxından maraqlandığı bildirilib. Koutinyonun da “qırmızı şeytanlar”da forma geyinmək istədiyi qeyd olunub.

Koutinyonu PSJ də transfer etmək niyyətindədir.

“Barselona” ilə bu mövsüm 39 oyunda iştirak edən Koutinyo 8 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button